Qalmaqallı məmuru hansı cəza gözləyir? AÇIQLAMA | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıtda küçə ticarəti ilə əlaqədar keçirilən reydlər zamanı yerli məmur Samir Bədəlovun satıcıya qarşı kobud davranması və malların müsadirə edilməsi son günlərin ən çox müzakirə olunan məsələlərindən biridir.Məsələ ictimailəşdirildikdən, geniş müzakirələrə və tənqidlərə səbəb olduqdan sonra məmur tərəfindən götürülən malların geri qaytarıldığı açıqlanıb.Lakin yayılan videodan göründüyü kimi, sözügedən məmurun satıcıya “Bu mal artıq sənin deyil” deməsi hüquqşünaslar tərəfindən qanun pozuntusu kimi qiymətləndirilib.
Eyni zamanda, malların geri qaytarılması ilə bağlı satıcının sözlərindən başqa hər hansı rəsmi sübutun olmaması sosial şəbəkələrdə yenidən şübhə və müzakirələrə yol açıb.
İddialara görə, müsadirə edilən mallar əslində sahibinə qaytarılmayıb, sadəcə, satıcıdan bunu təsdiqləməsi tələb olunub.Maraqlıdır, məmur Samir Bədəlovun bu hərəkətləri vəzifə səlahiyyətlərinin aşılması hesab oluna bilərmi və onu hansı hüquqi məsuliyyət gözləyir?Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında hüquqşünas Babək Umudov bildirib ki, məmurun hərəkətləri onun səlahiyyətlərini aşdığını göstərir:“Əgər vətəndaş ticarət qaydalarını pozaraq, müvafiq icazə almadan ictimai istifadədə olan ərazilərdən yararlanmaqal qanunsuz küçə ticarəti ilə məşğul olurdusa, bu hal İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada aktlaşdırılmalı idi.
Eyni zamanda vətəndaş barəsində müvafiq protokol tərtib oluna və onun qanunsuz fəaliyyəti dayandırıla bilərdi.
Ancaq vətəndaşa aid malların heç bir sənədləşmə olmadan götürülməsi qanunvericiliyə ziddir.
Bu hərəkətlər həmin məmurun səlahiyyətlərinin aşılması deməkdir”.Hüquqşünasın sözlərinə görə, qanunvericiliyə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərin edilməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə yalnız "mühüm zərər" vurduqda cinayət məsuliyyəti yaradır:“İndiki halda bir neçə qutu meyvənin götürülməsi vətəndaşa mühüm zərər vurulması olaraq qiymətləndirilə bilməz.
Bununla belə, fikrimcə, bu cür hərəkətlərə görə həmin məmur barəsində tabe olduğu müvafiq qurum daxilində intizam icraatı başlanılmalı, müvafiq məsuliyyət tədbiri tətbiq olunmalıdır.
Tam oxu
Xəbəri oxu