Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şükür “Səkkiz” qayıtdı.Yayımı bərpa olundu”.
KONKRET.az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı olan aktyor Hikmət Rəhimov məlumat yayıb.
“Dövlət həm yaradıcı heyətə,həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan, həm yaradıcı heyətə adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına mane olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq”.
“Bu yolda mənə ilk gündən inanan və bu işi həyata keçirmək üçün şərait yaradan, hər bir halda məni dəstəkləyən prodüser İslam Ağaya təşəkkürümü bildirirəm.
Şənbə günü yanvar ayının 24-ü saat 23:00 da ARB televiziyasında “Səkkiz”in ikinci bölümü nümayiş olunacaq.
Sonda hər şey üçün Allaha sonsuz təşəkkürlər”.