Qalmaqallı “Sipark” yenidən məhkəməyə verildi

13.02.2025

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qalmaqallı tikinti şirkətlərindən olan “Evrostroy-S.S” MMC (“Sipark” MTK) növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, “Sipark”la bağlı iddianı şikayətçi Əliyev Cəlil Cəlal oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər podrat müqaviləsi üzrə mübahisə yaşayır.
Tikinti şirkəti ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 24 fevral tarixində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, qalmaqallı “Evrostroy-S.S” MMC-nin “Sipark” MTK-nın rəhbəri Seymur İsayevdir. Onun adı bir neçə dəfə terrorçu FETO qruplaşmasının Azərbaycandakı əsas fiqurlarından biri kimi də çəkilib.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью