Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı

15.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı

Sentyabrın 13-də İngiltərə Premyer Liqasında keçirilmiş “Mançester Yunayted” – “Mançester Siti” (0:1) matçında Erling Haalandın mübahisəli qolunun qeydə alınmasında iştirak edən VAR hakimləri müvəqqəti olaraq oyunlardan kənarlaşdırılıblar.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

VAR hakimi Mett Donohyu və onun köməkçisi Bleyk Antrobus Premyer Liqanın növbəti turuna təyinat almayıblar. Bildirilir ki, hər iki hakim ən azı qarşıdakı beynəlxalq fasilənin sonunadək işləməyəcək. Onlar bu həftə İngiltərə Liqa Kubokunun oyunlarına da təyinat almayıblar.

“Old Trafford”da keçirilən Mançester derbisində Haalandın vurduğu qol əvvəlcə ofsayd səbəbindən ləğv edilmişdi. Lakin VAR yoxlamasından sonra qərar dəyişdirilib və qol qeydə alınıb. “Mançester Siti”yə qələbə qazandıran məhz həmin qol olub.

Epizod zamanı həm Haalandın, həm də ötürməyə oynamağa çalışan və ofsayd vəziyyətində olan Enzo Fernandesin mövqeyi mübahisəyə səbəb olub. Sonradan İngiltərədə hakimliyə cavabdeh “Pro Ref” təşkilatı VAR yoxlaması zamanı epizodun qiymətləndirilməsində səhvə yol verildiyini etiraf edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью