Qalstyandan Paşinyana: “Qalmaqallı və yanlışdır” KONKRET

30.05.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Ermənistan” fraksiyasının deputatı Lilit Qalstyan Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı paylaşımına kəskin münasibət bildirib. O, hökumət rəhbərinin açıqlamasını “qalmaqallı və yanlış” adlandıraraq, bu mövqenin Ermənistanın dəyərlərinə və dövlətçiliyinə qarşı yönəldiyini vurğulayıb. 

KONKRET.az xəbər verir ki, deputat Paşinyanı erməni xalqını xaosa sürükləməkdə və dövlətin əsas dayaqlarını sarsıtmaqda ittiham edib.

O, bu prosesləri “xüsusi proqram” adlandıraraq, Ermənistanın daxilən və xaricən hücuma məruz qaldığını deyib:

Qalstyan vurğulayıb ki, 1700 illik Erməni Apostol Kilsəsi bu tipli hücumlara baxmayaraq zəifləməyəcək. Onun sözlərinə görə, kilsə təkcə dini qurum deyil, həm də erməni xalqının kimliyidir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью