Icma.az, Dogru.az portalına istinadən məlumat yayır. Ukrayna ilə bağlı danışıqların yenidən başlamasının vacibliyini bəyan edən Qərb ölkələr
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin deyib.
“İzvestiya” qəzeti ilə söhbətində o qeyd edib ki, bu cür bəyanatlar ABŞ və onun yeni administrasiyası tərəfindən də verilir.
Qaluzin əlavə edib ki, bütün bu müsbət görünən bəyanatlara baxmayaraq, əslində heç bir dəyişiklik baş vermir, çünki Qərb ölkələri “Nasist Kiyev rejimini silahla gücləndirməkdə” davam edir.
Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan etmişdi ki, Moskva Ukrayna ilə bağlı ABŞ-la bərabər əsaslarla təmaslara açıqdır.
DOĞRU.AZ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.