Qaluzin sülh müqaviləsindən danışıb | Icma.az
Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində deyib.
"Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır.
Biz müttəfiqlik münasibətlərində olduğumuz Ermənistan və Azərbaycanın tərəfdarıyıq, uzunmüddətli münasibətlərin stabil tənzimlənməsinə yol açacaq və gələcək nəsillər üçün "mina” qoymayacaq sülh müqaviləsi hazırlamağın tərəfdarıyıq.
Tələsik bağlanan istənilən saziş problemlər yarada bilər və Qərb bunu mümkün qədər tez bağlamaq istəyir.
Belə tələsik, düşünülməmiş və tamamilə yoxlanılmamış qərarlar uzunmüddətli sabit sülhə gətirib çıxara bilməz, əksinə, gələcəkdə müəyyən qarşıdurma toxumları səpə bilər ki, bu da təbii ki, biz Ermənistan, Azərbaycan, Cənubi Qafqaz və Rusiya üçün son dərəcə arzuolunmaz hesab edirik", - nazir müavini bildirib.
Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin 90%-ni razılaşdırıblar.Bundan əvvəl Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib.
Tam oxu
Xəbəri oxu