Qaluzin Sultanoğlu ilə Abxaziyanı müzakirə etdi

17.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin BMT-nin nümayəndəsi Cihan Sultanoğlu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristof Spaeti və AB-nin xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Cənubi Qafqazda sabitliyin təmin edilməsi üzrə məsələlər müzakirə edilib. Əsasən, martda keçirilməsi nəzərdə tutulan Qafqazla bağlı iclasın gündəliyində duran məsələlər, Abxaziya və Cənubi Osetiyada sabitliyin saxlanılması gündəmə gətirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью