Qambiya nümayəndəsi: COP29da məqsədimiz əməkdaşlıq və iqlim dəyişiklikləri ilə mübarizəyə …
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
COP29-da iştirakımın əsas səbəbi Afrika qrupu danışıqçıları, digər ölkə və təşkilatlarla əməkdaşlıq edərək Qambiyanın üzləşdiyi çətinlikləri diqqətə çatdırmaqdır.
Bu fikirləri COP29-da iştirak edən Qambiyanın yumşaltma iş proqramı üzrə baş danışıqçısı və Milli Təyin Edilmiş Töhfələr (NDC) üzrə müşahidəçisi Malanq Sambou Manneh AZƏRTAC-a açıqlamasında bildirib.
“Qambiya ərazisi 12 min kvadratkilometr və çaylarının ümumi uzunluğu 480 kilometr olan kiçik ölkədir.
Lakin iqlimlə bağlı əsas problem daşqınlardır. Güclü yağışlar zamanı evlər yararsız vəziyyətə düşür, ailələr məhv olur, insanlar həyatlarını
Kənd təsərrüfatı sahələri tamamilə su altında qalır və bu, ciddi iqtisadi çətinliklər yaradır”.
Malanq Sambou Manneh COP29-un təşkilatçılığını yüksək qiymətləndirərək bildirib: “Beş ay ərzində belə irimiqyaslı infrastrukturu qurmaq valehedicidir.
Gənc könüllülərin enerjisi və dəstəyi xüsusi vurğulanmalıdır”.
Tam oxu
Xəbəri oxu