Qambiya Respublikasının Prezidenti Adama Barroudan AZƏRTAC

22.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlarda Qambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir.

Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərdə səbir diləyirəm.

Adama Barrou

Qambiya Respublikasının Prezidenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью