Qamçılı Şaxta baba uşağa hücum edib

27.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu il ailələrin və uşaqların axışdığı Almaniyanın Milad bazarında maraqlı hadisə yaşanıb. 

Almaniyanın Meklenburq-Vorpommern əyalətinin Stralsund şəhərində Milad bazarına polis müdaxilə edib. 

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb 62 yaşlı Şaxta babanın (Weihnachtsman) 4 yaşlı uşağı qamçı ilə döyməsi olub. İki gün əvvəl şəhərdə ailəsi ilə bazara gedən və Şaxta babaya yaxınlaşan oğlan ona dil çıxarıb. 

Əsəbiləşən Şaxta baba “uçan maral” üçün istifadə etdiyi kiçik qamçı ilə uşağın üzünə vurub. Qamçıdan sonra uşaq ağrıdan ağlamağa başlayıb. Daha sonra ailəsi Şaxta babadan şikayətçi olub. Ailə Şaxta babaya qarşı cinayət işi qaldırıb. 

Şəxsiyyəti açıqlanmayan Şaxta baba hücumu “uşaqları öyrətmək üçün” etdiyini bildirib. Qamçılı Şaxta babaya qarşı “müdafiəsiz şəxsə ağır bədən xəsarəti yetirmək” maddəsi ilə iddia qaldırılıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью