Qan azlığı immuniteti zəiflədir

14.01.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qan azlığı orqanizmdə təkcə halsızlıq və yorğunluq deyil, eyni zamanda immun sisteminin zəifləməsinə də səbəb ola bilər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov vurğuladı.

Onun sözlərinə görə, vitamin B12, fol turşusu və dəmir immun sisteminin formalaşması və normal fəaliyyətində mühüm rol oynayır. Bu maddələrin çatışmazlığı isə immunitetin zəifləməsinə gətirib çıxarır. Nəticədə insan adi virus və bakterial infeksiyaları belə daha ağır keçirə bilər.

"Normal halda 3-5 gün ərzində keçə bilən sadə virus infeksiyaları, immunitet zəiflədikdə ağırlaşaraq pnevmoniya kimi ciddi xəstəliklərə çevrilə bilər. Bu ağırlaşmaların əsas səbəblərindən biri də məhz qan azlığı ola bilər. Bu hallar bütün insanlara şamil edilmir və şikayətlər adətən laborator müayinələr vasitəsilə dəqiqləşdirilir. Qan azlığının yaratdığı fəsadlar isə təkcə ölkəmizdə deyil, dünyanın bir çox inkişaf etmiş ölkələrində də müşahidə olunur. Xüsusilə veqan qidalanmaya üstünlük verilən ölkələrdə bu problem daha çox yayılıb", - deyə həkim qeyd etdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью