Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Qan donoru olmaq üçün kimlər müraciət edə bilərlər?
Yaşı 18-dən 65-dək, çəkisi 50 kq-dan, boyu isə 150 sm-dən çox olan, ümumi sağlamlıq vəziyyəti yaxşı hesab edilən, irsi və yoluxucu xəstəliklərdən əziyyət çəkməyən şəxslər həkim müayinəsində keçdikdən sonra qan donoru ola bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hamilə və süd verən qadınlar, eləcə də son dövrlərdə ağır xəstəlik və ya cərrahi əməliyyat keçirmiş şəxslər müvəqqəti olaraq donor ola bilməzlər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin