Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qarabaşaq fitonutrientlərin, xüsusilə flavonoidlərin yüksək miqdarı sayəsində ən faydalı qidalar arasında haqlı olaraq öz yerini tutur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu birləşmələr güclü antioksidant təsirə malikdir: onlar maddələr mübadiləsi zamanı əmələ gələn və hüceyrələrə zərər verə bilən sərbəst radikalları neytrallaşdırır, ateroskleroz, infarkt və insult kimi ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Lakin qarabaşaqın faydası bununla bitmir o, orqanizmə kompleks şəkildə müsbət təsir göstərir.
Qarabaşaqda olan flavonoidlərin müntəzəm qəbulu “pis” xolesterin (LDL) səviyyəsini aşağı salır və tromb yaranmasının qarşısını alır, tərkibindəki rutin isə “yaxşı” xolesterin (HDL) səviyyəsini artırır.
Nəticədə, bu, ürəyi və damarları qoruyur, uzunömürlülüyü dəstəkləyir.
Bundan əlavə, qarabaşaq həzm sistemi üçün də çox faydalıdır: onun tərkibindəki lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır, mikrofloranı normallaşdırır və toksinlərin orqanizmdən xaric olunmasına kömək edir.
Qarabaşaq sıyığı həmçinin qandakı şəkərin sabit səviyyədə qalmasına yardım edir ki, bu da diabetin qarşısının alınmasında mühüm rol oynayır.