Qan qruplarının irsən keçməsi. SXEM

14.10.2026

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşağın qan qrupu onun anası və atasının qan qruplarından asılıdır. Qanın bəzi xüsusiyyətlərinə görə, tibbdə 4 qan qrupu seçilir:

I-ci (0), II-ci (A), III-cü (B) və IV-cü (AB). Ana və atanın qan qrupları eyni və ya müxtəlif olduqda, uşaqların qan qrupları da müxtəlif ola bilər. Misal üçün, ananın və atanın qan qrupları I və IV olduqda, onların uşaqlarında ya II-ci  ya da III-cü qan qrupu ola bilər.

Valideynlərin qan qruplarına uyğun olaraq uşaqların qan qruplarının irsən alınması

Valideynlərin qan qrupları

Uşağın qan qrupları: mümkün variantlar (%-nən)

I + I

I (100 %)

-

-

-

I + II

I (50 %)

II (50 %)

-

-

I + III

I (50 %)

-

III (50 %)

-

I + IV

-

II (50 %)

III (50 %)

-

II + II

I (25 %)

II (75 %)

-

-

II + III

I (25 %)

II (25 %)

III (25 %)

IV (25 %)

II + IV

-

II (50 %)

III (25 %)

IV (25 %)

III + III

I (25 %)

-

III (75 %)

-

III + IV

-

II (25 %)

III (50 %)

IV (25 %)

IV + IV

-

II (25 %)

III (25 %)

IV (50 %)

Nəzərinizə çatdıraq ki, bəzən (çox nadir hallarda olsa da!) bu qanuna uyğun olmayan variantlar (istisnalar) da mümkün olur. Saglamolun.az bildirir ki, buna bombey fenomeni deyilir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью