Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qan qrupunun virus infeksiyalarına qarşı müqaviməti müəyyən etməsi ilə bağlı fikirlər elmi baxımdan təsdiqlənməyib.

Redaktor.az xəbər verir ki, bunu "Grand Clinic" şəbəkəsinin təsisçisi və elmi direktoru Olqa Şuppo bildirib.

Onun sözlərinə görə, əvvəlki tədqiqatlarda qan qrupları ilə bəzi immunoloji göstəricilər arasında statistik əlaqələr aşkar edilib. Belə ki, bəzi araşdırmalarda IV qan qrupu olan insanlarda interferon istehsalının daha aktiv olduğu qeyd edilib.

Mütəxəssis bildirib ki, I qan qrupu olanların təxminən 80 faizində, III qan qrupu olanların isə 91 faizində bu reaksiya müşahidə edilib. II qan qrupu olan insanlarda isə interferon istehsal etmək qabiliyyətinin 40 faiz hallarında azaldığı müəyyən edilib.

Şupponun sözlərinə görə, qan qrupunun immunitetə təsiri ilə bağlı fikirlər ayrı-ayrı statistik göstəricilərin yanlış ümumiləşdirilməsindən qaynaqlanır. Əslində isə orqanizmin müdafiə sistemi bir çox amildən asılıdır.

O qeyd edib ki, immunitetə genetika, ümumi sağlamlıq vəziyyəti, həyat tərzi, qidalanma, stress səviyyəsi və xroniki xəstəliklər təsir göstərir.

Mütəxəssis əlavə edib ki, immunitetin qorunmasında həyat tərzi və profilaktik tədbirlər mühüm rol oynayır.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью