Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir. Xəstəliyi önləmək, qarşısını almaq daha asandır, nəinki müalicə etmək.
Ona görə də bəzi analizlər var ki, onları müntəzəm verərək, orqanizminizin vəziyyətindən xəbərdar ola bilərsiniz.
Medicina.az il ərzində heç olmasa bir dəfə aşağıdakı analizlərə verməyin vacib olduğunu bildirir.1.
Qanın ümumi analizi – CRP ilə birgə Bu ən yaxşı, geniş diaqnostik analizdir.
Orqanizmdə ümumi dəyişikliklər, qanın ümumi vəziyyəti, qanazlığı, ürək problemi, iltihab, ağciyər xəstəlikləri, hətta xərçəngi də göstərə bilir.
2. Qanın biokimyəvi analizi Bu analiz xəstəliklər zamanı verilir. Mədəaltı vəz, öd. qaracyər, endokrin sistemin vəziyyətini göstərir.
Şəkərli diabeti də görmək olur. Mütləq ildə 1 dəfə verilməlidir. 3.
Sidiyin ümumi analizi Orqanizm və sidik sistemi barədə 20 göstəricini özündə birləşdirir.