Qan təzyiqini uzun müddət aşağı saxlamaq istəyənlər bunu yeməlidir

30.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Alimlər müəyyən ediblər ki, qatığın müntəzəm istehlakı yüksək qan təzyiqi olan insanlarda sistolik təzyiqin azalmasına kömək edə bilər. Tədqiqatçılar bu təsiri qatığın tərkibindəki faydalı minerallar və probiotiklərlə əlaqələndirirlər.

Moderator.az xəbər verir ki, araşdırmanın nəticələri “International Dairy Journal” nəşrində dərc olunub.

Cənubi Avstraliya Universiteti və Men Universitetinin alimləri ABŞ-da aparılan uzunmüddətli tədqiqatın 915 iştirakçısının məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, müntəzəm qatıq yeyən yüksək təzyiqli insanların sistolik qan təzyiqi qatıq istehlak etməyənlərlə müqayisədə orta hesabla 7 mm civə sütunu aşağı olub.

Tədqiqatçılar qatığın faydasını onun tərkibindəki kalsium, maqnezium və kalium kimi minerallarla, həmçinin probiotik bakteriyalarla əlaqələndirirlər. Bu maddələr qan təzyiqinin tənzimlənməsində və damarların fəaliyyətində rol oynaya bilər.

Qatığı necə istehlak etmək məsləhətdir?

Həkimlər şəkər və süni dadlandırıcılar əlavə edilməmiş təbii qatıq seçməyi tövsiyə edirlər. Onu qoz-fındıq, kətan toxumu və giləmeyvələrlə birlikdə yemək səhər yeməyini daha faydalı edə bilər.

Qeyd edək ki, qatıq sağlam qidalanmanın bir hissəsi kimi qan təzyiqinə müsbət təsir göstərə bilər, lakin hipertoniya müalicəsini əvəz etmir. Yüksək təzyiqi olan şəxslər həkim tövsiyələrinə əməl etməli və təyin olunmuş dərmanları özbaşına dayandırmamalıdırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью