Qan xərçənginə SON İlk xəstə bu dərmanla müalicə olundu

22.01.2025

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Qan xərçəngi diaqnozu qoyulan ilk xəstə yeni rus dərmanı Utzhefra ilə müalicə kursunu uğurla başa vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Hematologiya Mərkəzi məlumat yayıb.

Dərman Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Hematologiya Mərkəzində yaradılıb. Xəstəyə 12 və 13 dekabr 2024-cü il tarixlərində tətbiq edilib.. Qadın heç bir ciddi fəsadla üzləşməyib. O, bir həftə reanimasiya şöbəsində müşahidə altında olub, sonra gündüz xəstəxanasına köçürülüb.

Müayinə terapiyanın müsbət təsirini və yeni dərmanın təhlükəsizliyini təsdiqləyib.

Tədqiqata ümumilikdə 60 xəstənin cəlb ediləcəyi bildirilir. Dərman vurulandan sonra bir il ərzində onlar mütəmadi olaraq tibbi müayinədən keçəcəklər, qan analizləri aparılacaq.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью