Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Qərbi Afrika ölkələrindən biri olan Qanada 34 M-poks (meymun çiçəyi) hadisəsi aşkar edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, Qana Səhiyyə Xidməti (GHS) ölkənin 10 əyalətində 34 yeni M-poks hadisəsinin aşkar edildiyini və ölkədə virusa yoluxanların sayını 79-a çatdırdığını açıqladı.
Açıqlamada virus səbəbilə 4 nəfərin xəstəxanada müalicə altına alındığı və təmasların axtarışının davam etdiyi, ölkə daxilində müşahidə işlərinin artırıldığı vurğulanıb.
Açıqlamada, səpgi, qızdırma, şişkin limfa düyünləri və əzələ ağrısı kimi simptomlar aşkar edildikdə, əhalidən ən yaxın səhiyyə müəssisəsinə müraciət etmələri xahiş edilib.
Qana hökuməti mayın 19-da elan edib ki, bu il ilk dəfə 4 nəfərdə M-poks hadisəsi aşkar edilib.
Qadir, Bizimyol.info