Qana millisinin üzvü La Liqa nəhənginə keçə bilər

30.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Arsenal"ın qanalı yarımmüdafiəçisi Tomas Partinin bu qış İspaniya nəhənginə qoşulmaq variantı yaranıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb. 

Mənbənin məlumatına görə, "Barselona" 31 yaşlı futbolçu ilə yaxından maraqlanır. Kataloniya təmsilçisi Qana millisinin yarımmüdafiəçisi ilə danışıqlara başlamaq niyyətindədir, lakin futbolçunun transferi yalnız Frenki de Yonqun getdiyi halda mümkündür. 

Partinin "Arsenal"la 2025-ci ilin yayına qədər müddətə müqaviləsi var. O, bu mövsüm İngiltərə Premyer Liqasında 17 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью