Qana nümayəndəsi: Mədənçilik fəaliyyəti su obyektlərində ciddi çirklənməyə səbəb olur AZƏRTAC

22.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Qana ekoloji problemlərdən əziyət çəkən ölkələrdəndir. Xüsusilə mədənçilik fəaliyyəti su obyektlərində ciddi çirklənməyə səbəb olur.

Bu barədə AZƏRTAC-a açıqlamasında COP29-un iştirakçısı, "Abibimman" Fondunun nümayəndəsi Mariam Makeba Mamley Merni bildirib.

“Bizim əsas məqsədimiz su sistemimizi təmizləmək üçün tərəfdaşlar cəlb etməkdir. COP29-da iştirakımızın səbəblərindən biri elə budur”, – deyə Mariam Makeba qeyd edib.

O, COP29-un təşkilatçılığı ilə bağlı fikirlərini bölüşərək deyib: “Könüllülərin bizə xoş və səmimi münasibəti çox gözəldir. İlk dəfədir ki, Azərbaycandayam. Bura çox gözəl ölkədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью