Qanada hərbi helikopter qəzaya uğrayıb: 8 nəfər ölüb

07.08.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qananın Aşanti əyalətində hərbi helikopterin qəzaya uğradığı bildirilir.

Qəzadan sonra helikopterdə yanğın baş verib.

Qana Silahlı Qüvvələrindən verilən açıqlamada paytaxt Akkradan Obuasiyə gedən hərbi helikopterin radarlardan itdiyini açıqlayıb. Açıqlamada helikopterdə 3 nəfər ekipaj üzvü və 5 nəfər sərnişin olduğu qeyd edilib. Qəza nəticəsində 8 nəfər həlak olub.
Ölənlər arasında iki nazir və prezidentin müşaviri Samuel Sarponq da olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью