futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İmişli”dən ayrılan Ezekiel Morqan karyerasını “Kəpəz”də davam etdirə bilər.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi 24 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Tərəflər arasında danışıqlar son mərhələdədir.
Qanalı futbolçu ötən mövsüm Premyer Liqada 31 oyunda meydana çıxıb.
Morqan 2023-cü ildə “Kəpəz”ə keçib. Yarımmüdafiəçi daha sonra “Karvan-Yevlax” və “İmişli”yə icarəyə verilib. Qanalı oyunçu 2025-ci ilin yayında “pələnglər”ə birdəfəlik transfer olunmuşdu.
Şahin Cəfərov