Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Nitsa” klubunda çıxış edən Kojo Peprah Opponqunu transfer edəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, artıq tərəflər arasında razılıq əldə olunub.
Bildirilib ki, 22 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula yollanacaq.
Qeyd edək ki, Qanalı futbolçu 2025-ci ildən “Nitsa”nın formasını geyinir. O, ötən mövsüm Fransa Liqa 1-də 27 matçda meydana çıxıb və 1 qol vurub.
Avrokubok oyunları bu kanallarda - TV AFİŞA ÇL: Liqa mərhələsində iştirak edəcək komandalar müəyyənləşib - SİYAHI “Nyukasl”dan yeni transfer İtaliyadan İnfantinoya ağır zərbə – FIFA seçkilərində dəstək geri çəkildi Premyer Liqada klubunu dəyişdi