Qanalı şamandan növbəti iddia: “Messi dayanacaq, Ronaldo çempion olacaq”

02.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qanalı şaman Kvaku Bonsam növbəti dəfə maraqlı iddia ilə gündəmə gəlib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Bonsam mundialla bağlı çempionluq proqnozu verib:

“Messinin Argentinası pley-offda dayanacaq. Çempion isə Ronaldonun Portuqaliyası olacaq”.

Argentina pley-offda Kabo Verde, Portuqaliya isə Xorvatiya ilə qarşılaşacaq.

Şaman daha əvvəl Qana – İngiltərə oyunu ilə bağlı proqnoz vermiş, rəqib komandanın hücumçusu Keyni lənətlədiyini və qol vura bilməyəcəyini demişdi. Həmin matç qolsuz yekunlaşmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью