Qanda şəkəri salan ən sadə məhsul. Hər evdə var!

17.10.2026

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Diabetes UK (Böyük Britaniya) təşkilatının nümayəndələri bildiriblər ki, yağlı qatıq 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlər üçün ən faydalı super-məhsuldur.

Qatığın müntəzəm istehlakı qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir.

Şəkərli diabet bütün dünyada ən yayılmış xəstəliklərdən biridir. Yalnız Böyük Britaniyada diabetdən 4 milyon (!) insan əziyyət çəkir və onlardan 90%-nə məhz 2-ci tip şəkərli diabet diaqnozu qoyulub.

Sağlamolun.az Express Health nəşrinə istinadla bildirir ki, alimlərin müşahidələrinə görə “gündəlik rasionda bəzi dəyişikliklər etməklə qanda şəkərin səviyyəsini uğurla kontrol etmək mümkündür. Belə dəyişikliklərdən ən sadəsi gündəlik qidalanmaya qatığı əlavə etməkdir”.

Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkənlərə qatığı səhər yeməyi zamanı istehlak etməyi tövsiyə edirlər.  

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью