Qanda şəkəri salan meyvə AÇIQLANDI

11.11.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Bu meyvədə olan rezisdent nişasta və pektin qanda qlükozanı tənzimləyir və uzun müddət toxluq verir.

News24.az Redaktor.az-a istinadla xəbər verir ki, avstraliyalı dietoloq Syuzi Barrell yetişməmiş, yaşıl bananın faydasını açıqlayıb.

“Yetişmiş banandan fərqli olaraq, yaşılda şəkər azdır. Onda davamlı nişasta daha çoxdur. Bu nişasta mədəaltı vəzin fermentlərini parçalamır.

O, bağırsağın faydalı bakteriyaları tərəfindən qəbul edilir.

Bu nişasta bitki lifi kimi təsir edir, mədəni doldurur, qan dövranını artırır, nutrientlərin dövriyyəsini yaxşılaşdırır, pektin isə mürəkkəb karbohidratdır.

Nəticədə mədə dolur, toxluq yaranır, bağırsaqlar yaxşı işləyir, qanda şəkəri tənzimləyir.

İnsulin rezisdentliyi və şəkəri olanlar, insulin həssaslığına qarşı sarı banan yox, məhz yaşıl banan yeyin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью