Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qanda şəkərin miqdarını təbii yollarla tənzimləmək artıq daha əlçatan ola bilər. Alimlər bitki tərkibli xüsusi kompleksin metabolizm üzərindəki inanılmaz təsirini üzə çıxarıblar.
Demokrat.az xəbər verir ki, "Food & Function" (F&F) jurnalında dərc olunan araşdırmaya görə, fruktoolikosaxaridlər və çaytikanı qarışığı qanda şəkərin səviyyəsini effektiv şəkildə aşağı salır. İkinci tip diabet xəstəliyi olan subyektlər üzərində aparılan sınaqlar zamanı acqarına qan şəkərinin, triqliseridlərin və "pis" xolesterinin azaldığı müəyyən edilib. Eyni zamanda bu təbii vasitənin maddələr mübadiləsini yaxşılaşdırdığı və orqanizmdəki iltihab proseslərini zəiflətdiyi müşahidə olunub.
Tədqiqatlar göstərir ki, bu effekt orqanizmin bir neçə sisteminə eyni vaxtda təsir göstərməklə əldə edilir. Sözügedən kompleks bağırsaq mikroflorasının tərkibini dəyişərək faydalı bakteriyaların sayını artırır, iltihab yaradan bakteriyaları isə sıxışdırıb çıxarır. Paralel olaraq şəkər və yağların tənzimlənməsində mühüm rol oynayan öd turşularının mübadiləsi normallaşır.
Mütəxəssislər qeyd edirlər ki, prebiotiklərlə bitki komponentlərinin belə bir kombinasiyası gələcəkdə diabetin profilaktikası və müalicəsində perspektivli üsul ola bilər.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, "Food & Function" (F&F) jurnalında dərc olunan araşdırmaya görə, fruktoolikosaxaridlər və çaytikanı qarışığı qanda şəkərin səviyyəsini effektiv şəkildə aşağı salır. İkinci tip diabet xəstəliyi olan subyektlər üzərində aparılan sınaqlar zamanı acqarına qan şəkərinin, triqliseridlərin və "pis" xolesterinin azaldığı müəyyən edilib. Eyni zamanda bu təbii vasitənin maddələr mübadiləsini yaxşılaşdırdığı və orqanizmdəki iltihab proseslərini zəiflətdiyi müşahidə olunub.