Qanda şəkərin yüksəldiyini göstərən əlamətlər hansılardır?

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Xroniki yüksək şəkər səviyyəsi diabetə səbəb ola bilər.

Bəs onu hansı əlamətlərdən bilmək olar?

Qanda şəkərin artmasını göstərən ilk əlamətlər bulanıq görmə və qısa aralarla təkrarlanan baş ağrılarıdır. Tez-tez sidiyə getmə də xəbərdarlıq işarəsi ola bilər.

Həmçinin daimi yorğunluğa da diqqət yetirmək lazımdır.

Bundan əlavə, qanda şəkərin səviyyəsi çox yüksək olan insanlar daim aclıq hiss edir və çox yemək yediklərinə baxmayaraq, arıqlamağa davam edirlər. Narahatedici simptom kimi qollarda və ayaqlarda keyimə ola bilər.

Siyahıya qusma, başgicəllənmə, isti və ya quru dəri, yuxululuq, zəif nəbzi də əlavə etmək olar.

Mənbə: ferra.ru

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью