Qandinin əlyazmaları rekord qiymətə satıldı: 1,69 milyon dollar

21.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistanın Mumbay şəhərində keçirilən hərracda Mahatma Qandiyə məxsus şəxsi qeydlər böyük məbləğə satılıb.

Redaktor.az xəbər verir ki, 600-dən çox əlyazma mesajını özündə birləşdirən kolleksiya 1,69 milyon dollar qarşılığında alıcıya satılıb.

Tarixi sənədlərin Qandinin həqiqət, zorakılıqsız mübarizə və özünənəzarət prinsipləri ilə bağlı düşüncələrini əks etdirdiyi bildirilir.

Hərracı təşkil edən “Saffronart” müzayede evinin açıqlamasına görə, sözügedən satış Hindistan tarixinə aid sənədlər üçün ödənilən ən yüksək məbləğ olub.

Alıcının kimliyi açıqlanmayıb. Bununla belə, tarixi əhəmiyyət daşıyan sənədlərin Hindistan ərazisində qalacağı bildirilib.

Qeyd edək ki, zorakılıqdan imtina və sosial ədalət uğrunda mübarizəni təbliğ edən “Satyagraha” hərəkatının banisi olan Mahatma Qandi ölümündən illər sonra da dünya üzrə fərdi azadlıq və vətəndaş hüquqları müdafiəçiləri üçün mühüm ilham mənbəyi olaraq qalır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью