Qankəsici, sidikqovucu, ağrıkəsici Qırxbuğumun 100 faydası

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Qırxbuğum cinsinin dünya florasının tərkibində 300-ə qədər növü yayılmışdır. Cinsin növlərinə Yer kürəsinin hər yerində rast gəlmək olar. Qafqazda 40, o cümlədən də Azərbaycan florasım tərkibində 27-yə qədər növü yayılıb. Qırxbuğumdan  hazırlanan preparatlar antiseptik, soyuqdəymə, yarasağaldıcı, qankəsici, büzüşdürücü, sidikqovucu, ağrıkəsici vasitə kimi işlədilir.

Revmatizm, podaqra, duz yığılmalarında, həmçinin sidik kisəsi və böyrək daşlarının əridilməsində. 2 xörək qaşığı doğranmış otundan götürüb 1 stəkan qaynar suya tökün, su hamanının üzərinə qoyub 15 dəqiqə qızdırın və 1-2 saat saxlayıb süzün. Sonra qaynar su əlavə edib yenə 1 stəkan həcminə gətirib, gündə 3 dəfə yeməyə yanm saat qalmış stəkanm 1/4 hissəsi qədər qəbul edin.

Böyrək və ürək şişkinliklərində. 1 xörək qaşığı doğranmış otundan götürüb 1 stəkan qaynar suya tökün, qaynama dərəcəsinə gətirib 2 saat saxlaym və süzün. Dəmləmədən gündə 2 dəfə 0,5 stəkan yeməkdən sonra qəbul edin. Müalicə kursu 3 həftədir.

Aybaşı, eləcə də uşaqlıq nahiyəsində baş verən qanaxmaların kəsilməsində. 1 xörək qaşığı otundan götürüb 1 stəkan qaynar suya tökün zəifod üzərmə qoyub 5-7 dəqiqə saxlaym və soyudub süzün. Cövhərdən gündə 5- 6 dəfə 1 xörək qaşığı qəbul edin.

Babasil qanaxmalarında. 2 xörək qaşığı doğranmış otundan götürüb 1 stəkan qaynarsuya töküb zəifod üzərmə qoyun 15 dəqiqə saxlaym və soyudub süzün. Ekstraktdan gündə 3 dəfə stəkanm 1/3 hissəsi qədər yeməkdən sonra qəbul edin. Bundan başqa babasil zamanı bitkinin vannasından da istifadə edə bilərsiniz. Bunun üçün kağız konvertlərə bükülmüş 50 q otundan götürüb 1 litr qaynar suya töküb zəif od üzərində 15-20 dəqiqə və 1 saat saxladıqdan sonra süzün. Aldığmız isti ekstraktm 15-20 dəqiqə vannasını qəbul edin. Əməliyyatı günaşırı axşamlar, təkrar edin.

Stomatit, gingivit zamanı. 1 xörək qaşığı doğranmış otundan götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin. 1 saat saxlayıb süzün. Aldığmız dəmləmədən ağzınızı tez-tez yaxaylayın.

Diqqət! Preparatlardan qanı qatı olanlar və yaxud tromba meylli xəstələr, eləcə də böyrək və sidik yollarında soyuqlaması olan xəstələrin qəbul etmələri məsləhət görülmür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью