Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan bir tarix deyil, bütöv bir millətin taleyini, düşüncəsini və gələcəyini formalaşdıran hadisələrdir.
1990-cı il yanvarın 20-si məhz belə bir gündür. Bu faciədən 36 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələri xalqımızın yaddaşında dərin iz
20 Yanvar təkcə böyük bir faciə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, əyilməz ruhunun və azadlıq əzminin parlaq təzahürüdür.
1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi proseslər, imperiyanın zəifləməsi və mərkəzdənqaçma meyillərinin güclənməsi Azərbaycanda da milli azadlıq hərəkatının yüksəlişinə səbəb olmuşdu.
Xalq illərlə susdurulan haqlarını tələb edir, öz taleyinə sahib çıxmaq istəyirdi.
Eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağda başlayan separatçılıq və mərkəzi hakimiyyətin bu proseslərə ədalətsiz yanaşması cəmiyyətdə ciddi narazılıq yaratmışdı.
Azərbaycan xalqının dinc mitinqlərlə ifadə etdiyi bu haqlı etirazlar Sovet rəhbərliyi tərəfindən təhlükə kimi qiymətləndirildi.