Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
20 Yanvar Ümumxalq hüzn günündə qubalı şəhid anaları müsahibimiz olublar.Quba Şəhidlər Xiyabanında Vətən Müharibəsinin xüsusi təyinatlı şəhidi Seymur Qocayevin anası Rəsmiyyə Qocayeva təəssüratını Bizim.Media ilə bölüşüb.
O, bildirib ki, azadlıq carçıları olan Yanvar şəhidlərini dərin ehtiramla yad edir.
O, bu günü həm Qanlı Yanvar, insanların tanklar altında can verdiyi bir gün, həm də indi qürurla yad olunan bir gün kimi xatırladığını qeyd edib.Vətən Müharibəsinin digər şəhidi, baş leytenant İsmət Hacıyevin anası Gülnarə Hacıyeva da bu günü azadlığa gedən gün kimi yad edir.
O 20 Yanvar günü doğulan oğlu İsmətin qəhrəmanlıq şücaətindən danışaraq Yanvar şəhidlərinə ehtiramını bildirib.Qeyd edək ki, Quba rayonu düz 36 il əvvəl 2 sakinini Yanvar hadisələrində şəhid verib.
3 nəfər isə əlil olub. Bu gün səhərdən Quba Şəhidlər Xiyabanı da kütləvi şəkildə ziyarət olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.