“Qanlı Ay“ hadisəsi nə zaman baş verəcək? Tarix açıqlandı

02.03.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Növbəti Ay tutulması hadisəsi martın 2-si və 3-nə təsadüf edəcək.

Moderator.az bildirir ki, bu barədə "Star Walk" portalı xəbər yayıb.

Qarşıdan gələn "Qanlı Ay", yəni tam Ay tutulması hadisəsi 2026-cı il martın 2-dən 3-nə keçən zaman kəsiyində reallaşacaq. Qlobal koordinatlaşdırılmış vaxtla (UTC) Ayın tam qızarması martın 3-də saat 11:04-dən 12:03-ə qədər davam edəcək, tutulmanın pik nöqtəsi isə saat 11:33-də qeydə alınacaq.

Təbiət hadisəsi Amerika Birləşmiş Ştatlarının ərazisinin böyük qismində səhər saatlarında, Günəş doğmazdan öncə, Şərqi Asiya və Avstraliyada isə 3 mart axşamı müşahidə olunacaq. Yeni Zelandiya sakinləri isə bu mənzərəni martın 4-ü gecəyarısı izləyə biləcəklər. Qeyd edək ki, bundan sonrakı tam Ay tutulması yalnız 2028-ci ildə baş tutacaq.

Nadir astronomik hadisənin müxtəlif coğrafi ərazilərdə görünüb-görünməyəcəyini dəqiqləşdirmək üçün "Sky Tonight" tətbiqindən istifadə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью