Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNRPU) alimləri 2025-ci ilin yazında baş verəcək əsas astronomik hadisələri açıqlayıblar.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qışın sonuncu günü - fevralın 28-də planetlərin (Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Marsın) səmada nadir paradı baş tutacaq.
Bu fenomen müşahidə üçün ideal şərait yaradacaq Yeni aya təsadüf edəcək.
Venera, Yupiter, Merkuri və Marsı xüsusi avadanlıq olmadan görmək olar, lakin Uran, Neptun və Saturn üçün durbin və ya teleskop tələb olunacaq.
14 martda Ayın tam tutulması baş verəcək və bu müddət ərzində Ay qırmızı rəng alacaq.
“Qanlı Ay” kimi tanınan bu fenomen Dünyanın böyük bir hissəsində görünəcək.