“Qanlı dərə”dəki 99 yaşlı körpünün taleyi necə olacaq? VİDEO

20.11.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şirvan şəhəri ilə Salyan rayonunun sərhədində, “Qanlı dərə” adlanan ərazidə yerləşən 99 yaşlı daş körpünün taleyinə aydınlıq gətirilib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, 1927-ci ildə inşa edilən körpü tarixi memarlıq nümunələrindən hesab olunur.

Ərazinin “Qanlı dərə” adlandırılması vaxtilə burada yerləşən taxta körpüdə baş vermiş faciələrlə əlaqələndirilir.

Yonulmuş əhəngdaşlarından tikilən körpünün üzərində 1927 və 1345-ci il tarixləri həkk olunub.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, körpü yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Onun dövlət reyestrinə daxil edilməsi məsələsi Ekspert Şurasına təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью