Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp hakimiyyətinin Karib dənizi və Şərqi Pasifikdə narkotik qaçaqmalçılığı etdiyi iddia edilən gəmilərə təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 126-ya yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, "Associated Press"in (AP) ABŞ Cənub Sahə Komandanlığına (SOUTHCOM-a) istinadən belə yazıb. Ümumilikdə Kariblərdə və Şərqi Pasifikdə keçirilən hücumlarda ölənlərin sayı artıb.
2025-ci ilin sentyabr ayının əvvəlindən bəri keçirilən ən azı 36 hücumda 116 nəfərin həyatını itirdiyi, dənizdə aparılan axtarış-xilasetmə işləri nəticəsində tapılmayan və ölmüş hesab edilən şəxslərin də əlavə olunması ilə bu rəqəmin 126-ya çatdığı qeyd edilib.
Öldüyü güman edilən şəxslərdən 8-nin ABŞ qüvvələrinin 30 dekabr 2025-ci ildə 3 qayığa təşkil etdiyi hücumlar zamanı dənizə atladığı, digər ikisinin isə 27 oktyabr 2025-ci il və 23 yanvar tarixlərində hücum edilən qayıqlarda olduğu bildirilib.
ABŞ ordusunun son vaxtlar narkotik qaçaqmalçılığı etdikləri iddiası ilə Karib dənizi və Sakit okeandakı bəzi qayıqlara hücumlar təşkil etməsi və içindəkiləri birbaşa hədəf alması beynəlxalq ictimaiyyətdə "mühakiməsiz edam" müzakirələrinə yol açır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin