Qanqsterlər Qəzzanın cənubunda yardımın yayılmasına mane olublar

26.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Yardım işçiləri və yerli sakinlər deyirlər ki, Qəzzada ciddi ərzaq qıtlığı fonunda cinayətkar dəstələr tərəfindən getdikcə şiddətlənən oğurluqlar cənubda ləvazimatların paylanmasına əsas maneədir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, onlar silahlı şəxslər sərhəddəki məhdud zonada İsrail Müdafiə Qüvvələrinin (IDF) açıq göründüyü yerdə fəaliyyət göstərdiklərini iddia edir.

BBC öyrənib ki, HƏMAS oğurluq və quldurluqla mübarizə üçün xüsusi təhlükəsizlik qüvvələrini yenidən işə salıb.

Qeyd edək ki, Noyabrın 16-da qanqsterlər BMT-nin 100-ə yaxın yük maşınını qarət etmişdi.

Şahidlərin dediyinə görə, dəmir baryerlər qurulub və yardım paylama məntəqəsinə daxil olmaq istəyən yük maşınları atəşə tutulub.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью