Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bunu Mavi və Ağ Partiyasının sədri Benni Qantz Amerikanın əsas yəhudi təşkilatlarının prezidentləri ilə görüşdə yəhudi liderlərinə bildirib.
"Qəzzada HƏMAS yenidən təşkil olunur və yenidən qurulur. Dünya başa düşməlidir: HƏMAS və Qəzza təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də istənilən müsbət regional proses naminə tamamilə silahsızlaşdırılmalıdır.
Onlar 7 oktyabrda etdikləri kimi, gələcəkdə normallaşma cəhdlərinin qarşısını almağa çalışacaqlar", - deyə Qantz vurğulayıb.
O, əlavə edib ki, ABŞ prezidenti Donald Trampın Sülh Şurası müharibədən sonrakı gələcəyin formalaşması üçün vacibdir, lakin "sonda yalnız cəsur oğul və qızlarımız işi başa çatdıracaqlar".
İranla bağlı Qantz: "Dünya İran ayətullahlarının rejimini devirmək üçün birləşməlidir, əks halda onlar başqalarını və öz xalqlarını öldürməyə davam edəcək, regional sülhü və uşaqlarımızın gələcəyini sarsıdacaqlar", - deyə bildirib.
"Səksən il əvvəl ABŞ Avropanı nasist rejimindən azad etdi. Bu gün Prezident Trampın Yaxın Şərqi Ayətullah rejiminin terrorundan azad etmək və bununla əbədi olaraq xatırlanmaq imkanı var", - deyə Qantz qeyd edib.
Qadir, Bizimyol.info