Qanun layihəsində ifrat mərkəzləşmə hiss olunur Əli Məsimli

17.06.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

"Digər ölkələrdə də Mərkəzi Bank bu məsələlərdə aparıcı rol oynasa da, amma bu qanun layihəsində ifrat mərkəzləşmə hiss olunur. Bu ifrat mərkəzləşmə qanunun dolğun şəkildə reallaşmasına mane olmayacaq?"

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Burada risklərin idarəedilməsi ilə bağlı maddələr var və onu müsbət qiymətləndirirəm. Amma bura Azərbaycandır və orada olan sərt mərkəzləşdirilmiş rejim xeyli adamı investisiya qoymaqdan çəkindirəcək. Bu məsələ ciddidir", - deyə deputat bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью