Qanuni oğru nun anası və qardaşı həbs olundu Razborkalar təşkil edirmişlər

04.02.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda fevralın 2-dən 3-nə keçən gecə “qanuni oğru dünyası” ilə əlaqədə olmaqda şübhəli bilinən 45 nəfər saxlanılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Tbilisi polis idarəsinin rəisi Vaja Siradze məlumat verib. Daha 15 nəfərin isə yaxın vaxtlarda cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilib.

Hüquq-mühafizə orqanları xaricdə yaşayan “qanuni oğruların” iştirakı ilə “oğru söhbətləri və mübahisələrinin” aparılması barədə məlumatlar aşkar etdiklərini bildiriblər. Onların arasında “Suho” ləqəbli Sulxan Caparidze (Tvalçerilidze) və “Paata Tbilisli” ləqəbli Petre Bakradze də olub. Onlar vətəndaşlar arasında maliyyə mübahisələrinin həlli ilə məşğul olub və qərarları cinayət ənənələrinə uyğun şəkildə tərəflərdən birinin xeyrinə verirmişlər.

Vaja Siradzenin sözlərinə görə, istintaq zamanı həmçinin “Cvarski” ləqəbli, özünü “qanuni oğru” adlandıran Revaz Ubilavanın ailə üzvlərinin — anası və qardaşının köməyi ilə məsafədən “razborkalar” təşkil etdiyi və “oğru qərarları” verdiyi müəyyən edilib. Polis onun anası və qardaşını da həbs edib.

Saxlanılan şəxslərə “oğru dünyasının üzvü olmaq”, “oğru dünyasının fəaliyyətini dəstəkləmək”, “oğru dünyasının üzvünə müraciət etmək” və “qanuni oğru statusunda olmaq” maddələri üzrə ittihamlar irəli sürülüb. Onları 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью