Lent az saytından alınan məlumata görə, Icma.az bildirir. Rusiyanın Lipetsk Vilayət Məhkəməsi kriminal avtoritetə və həbsxana əməkdaşına qar
Regional məhkəmə sisteminin Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, müstəntiqlərin fikrincə, “qanuni oğru” ilə cinayət əlaqəsinə girən
Lent.az xəbər verir ki, 45 yaşlı, Gürcüstan əsilli “Giya Samtredski” ləqəbli şəxs kriminal aləmdə “qanuni oğru” kimi tanınır.
O, cinayət məsuliyyətinə cəlb olunmuş məhbusları cəza çəkdikləri müddətdə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Lipetsk vilayətindəki FKQ T-2 cəzaçəkmə müəssisəsində “nəzarətçi” təyin edib.
Həmin cəzaçəkmə müəssisəsinin sabiq rəis müavini isə cinayətkarlara hər cür kömək göstərib, o cümlədən ekstremist təşkilatın yaradılmasına da yardım edib.
"Giya Samtredski” Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) və 282.2-cimaddələri ilə (ekstremist təşkilatın fəaliyyətinin təşkili) cinayət törətməkdə təqsirli bilinib.
O, 3 milyon rubl cərimə ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Həbsxananın rəis müavini isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və cinayətkarlara kömək etməkdə təqsirli bilinib.