Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur estrada müğənnisi, SSRİ xalq artisti, Rusiya Dövlət Dumasının iki çağırış deputatı olmuş İosif Kobzon təkcə əzəmətli ifaları ilə deyil, həm də maraqlı yaşam tərzi, müxtəlif şayiələr və fərziyyələrlə əhatə olunmuş həyatı ilə yaddaşlarda qalıb.
Onunla əlaqəli ən çox müzakirə olunan mövzulardan biri də müğənninin kriminal aləmlə, xüsusən də “qanuni oğru”larla gizli dostluq münasibətləri idi.
Birbaşa sübut olunmasa da, bir çox mənbə iddia edir ki, Kobzon kriminal aləmin nümayəndələri ilə yaxından dostluq edib.
Müğənniyə yaxın olanların bildirdiyinə görə Kabzonun “qanuni oğru”larla əlaqələri 1990-cı illərdən, belə ki, Rusiyada reketçilik və banditizmin geniş yayıldığı vaxtdan başlamışdı.
Bəzi məlumatlara görə, milyoner Kobzon müxtəlif məsələlərdə ona yardımçı olan və hər cür təhlükəsizliyini təmin edən kriminal avtoritetlərin himayəsindən yararlanırdı.
Qarşılıqlı olaraq müğənni də öz populyarlığından istifadə edib, istintaq və məhkəmə işlərində hakimiyyət dairələrinin əli ilə "qanuni oğru”lara müxtəlif formada dəstək olurdu.
SSRİ Xalq Artisti, deputat, milyoner Kobzon “qanuni oğru”lar arasında böyük nüfuza malik olan Vyaçeslav İvankov (Yaponçik), Zaxar Kalaşov (Şakro Molodoy) və Aslan Usoyan (Ded Xasan) kimi tanınmışlarla qarşılıqlı xətir-hörmət saxlayıb.