Qanunların dili olduqca çətindir Sabir Rüstəmxanlı

08.12.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dilindəki bəzi qanunların dili olduqca çətindir. 

Modern.az-ın məlumatına görə, bunu Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

“Məsələn, Təhsil Haqqında Qanunda formal-informal təhsil, distant təhsil, kampus və sair kimi ifadələrə rast gəlinir. Tələbə yurdu desək, olmazmı, gərək kampusmu deyək?” - o əlavə edib.

Xalq şairi süni intellekt ifadəsinin də yanlış olduğunu bildirib.

“Bu ifadə süni intellekt deyil, süni zəka olmalıdır.  Amma təməldən dilimizə özünə bu cür yer elədi və nəticədə yanlış formatda da qaldı. Belə dilimizdə nə qədər söz var…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью