Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində elektrik cərəyanı artırıcı avadanlıqdan (tok aparatından) istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.
"Cebbeinfo.az" xəbər verir ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan tədbirlər zamanı həmin şəxslərin aşağıdakı balıq növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilib:
1) 90 ədəd daban balığı
2) 1 ədəd çəki balığı
3) 52 ədəd sıf balığı
Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilib.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin