Qanunsuz işdən çıxarılan 89 nəfər əvvəlki vəzifələrinə bərpa olundu

08.01.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən il işəgötürənlərin sosial xarakterli ödənişlər olan 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirdiyi müəyyən edilib.

"Unikal" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Həmçinin 89 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью