Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz, Lerik, Masallı, Tovuz, Göygöl, İsmayıllı və Ağsu rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Bakıvaxtı.az xəbər verir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Oğuz rayonu Muxas kənd sakini Rəşad Əhmədov, Lerik rayonu Dəvrədibi kənd sakini Ədalət Şərifov, Masallı rayonu Yolağacı kənd sakinləri Mirzəkişi Şirəliyev, Bəhmən Heydərov, Anar Sovziyev, Nüsrət Sovziyev, Tovuz rayonu Çobansığnaq kənd sakini Pərvin Hüseynov, Göygöl rayonu Toğanalı kənd sakinləri Samir Rüstəmov, Ədalət Bayramov, Səhhət İsgəndərov, İsmayıllı rayonu Tağlabiyan kənd sakini Fəxrəddin Canıyev, Ağsu rayonu Nuran kənd sakinləri Mehdi Babayev, Cəmi Əliyev, Kalva kənd sakinləri Bəşir Fərhadov və Mürsəl Şükürov olduğu müəyyən edilib.
Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.