Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanda qanunsuz şəkildə fəaliyyət göstərən kömür mədənində baş verən partlayış nəticəsində 18 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Hindistanın şimal-şərqindəki Meqalayanın əyalətinə tabe olan Şərqi Caintia Hills bölgəsində, qeyri-qanuni fəaliyyət göstərən kömür mədənində hələlik müəyyən edilməyən səbəbdən partlayış baş verdiyi bildirilib.
Rəsmilər partlayışdan sonra başladılan axtarış-xilasetmə tədbirləri zamanı 18 işçinin cansız bədəninin tapıldığını qeyd ediblər. Partlayışdan ağır yaralı olaraq xilas edilən bir mədənçinin isə xəstəxanaya çatdırılaraq müalicə altına alındığı bildirilib. Mədəndə başqa işçilərin də mahsur qalma ehtimalına qarşı axtarış-xilasetmə işlərinin davam edir və hadisə ilə bağlı araşdırma başladılıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin