Qanunsuz mədəndə uçqun olub, 5 nəfər ölüb

31.05.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çində qanunsuz fəaliyyət göstərən mədəndə baş verən uçqun nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Hadisə ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətinin Huize rayonunda qeydə alınıb.

Xilasedicilər Bayvu kəndindəki qəza yerində dağıntılar altında qalan 6 nəfərin hamısını çıxararaq dərhal xəstəxanaya çatdırsalar da, onlardan 5-nin həyatını xilas etmək mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью